İspaniya

“Barselona”nın Avropa çempionunu transfer etmək şansı sıfıra endi

Niko Uilyams karyerasını “Atletik”də davam etdirmək niyyətindədir.

Aut.az xəbər verir ki, bu barədə “Athletic” məlumat yayıb.

Nəşrin məlumatına görə, bu qərarda əsas amil 22 yaşlı vingerin bask klubuna bağlılığı və 2024/25 mövsümündə Avropa Liqasının finalında doğma şəhəri San Mamesdə oynamaq şansı olub.

Bununla “Barselona”nın Nikonu transfer etmək şansı sıfıra enib. Onunla eyni zamanda PSJ, “Çelsi” və “Arsenal” da maraqlanırdı.

Uilyamsın “Atletik”lə hazırkı müqaviləsi 2027-ci ilə qədərdir. İspaniyalı futbolçu üçün təzminat məbləği 55 milyon avrodur.

Qeyd edək ki ,İspaniya millisi ilə Avropa çempionu olan Uilyams ötən mövsüm bütün yarışlarda 48 oyunda 10 qol vurub və 24 məhsuldar ötürmə verib.

Aut.az