Qattuzonun yeni iş yeri müəyyənləşdi
“Marsel”in yeni baş məşqçisi bəlli olub.
Aut.az xəbər verir ki, bu barədə jurnalist Fabrisio Romano “X” sosial şəbəkəsindəki hesabında yazıb.
Onun sözlərinə görə, Liqa 1 təmsilçisi italiyalı Cennaro Qattuzoya tapşırılıb. Tezliklə 45 yaşlı mütəxəssislə rəsmi müqavilə imzalanacaq. O, bu postda Marselinyonu əvəzləyəcək.
Qeyd edək ki, Cennaro Qattuzo son olaraq İspaniyada “Valensiya”ya rəhbərlik edib.
