Avropa ÇempionatıTürkiyə

Türkiyə futbolunun tarixində ilk: İndiyə qədər…

Türkiyə milli komandasının baş məşqçisi Vinçentso Montella tarixə düşüb.

Aut.az xəbər verir ki, italyan mütəxəssis “ay-ulduzlular”ı böyük turnirlərin final mərhələsinə daşıyan ilk əcnəbi çalışdırıcı olub. O, buna Avro-2024-ün seçmə mərhələsi çərçivəsində keçirilən Latviya ilə görüşdə qələbə qazanmaqla (4:0) nail olub. Montellaya qədər ancaq yerli məşqçilər milliylə uğur qazanıb.

Qeyd edək ki, Türkiyə millisi tarixində 6-cı dəfə Avropa çempionatının final mərhələsinə yüksəlib. Qardaş ölkənin yığması 3 dəfə dünya çempionatına vəsiqə qazanıb. Ancaq “ay-ulduzlular” ilk vəsiqə qazandıqları mundiala – DÇ-1954-ə qatıla bilməyiblər. Buna ev sahibi Braziliyaya yollanacaq komandanın xərclərini qarşılamağın mümkün olmaması səbəb olub.