UEFA Bellinqemə hansı cəzanı verəcək?
İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqem AVRO-2024-ün 1/4 finalında İsveçrə ilə oyun üçün diskvalifikasiyadan xilas olub.
Aut.az xəbər verir ki, bu barədə “SportBild” məlumat yayıb.
Slovakiya ilə 1/8 final matçında Bellinqem əlavə olunmuş 5-ci dəqiqədə vurduğu qolla ingilislərə məğlubiyyətdən qaçmağa kömək etdi. Cud sevinc əsnasında qasıq nahiyəsinə işarə edərək qeyd edib. UEFA İntizam Komitəsi futbolçunu diskvalifikasiya etməyəcək.
Lakin Bellinqem böyük məbləğdə cərimələnəcək.
Aut.az
