Avropa Çempionatı

Ukrayna – Belçika matçının ən yaxşı futbolçusu müəyyənləşdi

Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin III turunda baş tutan Ukrayna – Belçika matçının (0:0) ən yaxşı futbolçusu müəyyənləşib.

Aut.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçi Kevin De Bruyne qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.

90 dəqiqə meydanda olan 33 yaşlı futbolçu qarşılaşmanı yüksək səviyyədə keçirib.