Slovakiya – Rumıniya matçının ən yaxşı futbolçusu açıqlandı
Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin III turunda baş tutan Slovakiya – Rumıniya matçının (1:1) ən yaxşı futbolçusu müəyyənləşib.
Aut.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, slovakiyalı yarımmüdafiəçi Stanislav Lobotka qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.
90 dəqiqə meydanda olan 30 yaşlı futbolçu qarşılaşmanı yüksək səviyyədə keçirib.
