ABŞ Konqresində çağırış: WADA-nı maliyyələşdirməyi dayandırın
ABŞ Konqresinin Nümayəndələr Palatasının Respublikaçı nümayəndəsi Morqan Qriffit “Paris Olimpiya Oyunları ərəfəsində antidopinq tədbirlərinin araşdırılması” mövzusunda keçirilən konqres dinləmələrində Ümumdünya Antidopinq Agentliyinin (WADA) növbəti maliyyələşdirilməsinin dayandırılmasına dair təklif irəli sürüb.
Aut.az xəbər verir ki, senator iddia edib ki, qurum vəzifələrini yerinə yetirmir. Bu barədə CNN məlumat yayıb.
Konqresmenin qeyd etdiyi kimi, ABŞ WADA-ya ildə təxminən 4 milyon dollar ayırır. Eyni zamanda agentliyin rəhbəri Vitold Banka dəvətə baxmayaraq, Konqresdəki dinləmələrdə iştirakdan imtina edib. Qriffitin təşəbbüsü digər qanunvericilər tərəfindən də dəstəklənib. Əsas müzakirə mövzusu Tokio Olimpiadasında iştiraka icazə verilən 23 çinli üzgüçü ilə bağlı dopinq qalmaqalı olub, baxmayaraq ki, Oyunlardan bir neçə ay əvvəl onların dopinq nümunələrində qadağan olunmuş trimetazidin preparatı aşkar edilib.
WADA, Çin Antidopinq Agentliyinin (ÇİNADA) dopinqin idmançıların bədəninə istəmədən daxil olması ilə bağlı araşdırmasının nəticələrini mübahisələndirməyib.
“WADA-nın bu gün dinləmədə iştirakdan imtina etməsi onların hesabatlılıq prinsipinə sadiqliyini şübhə altına alır. Əgər onlar öz işlərini görməyəcəklərsə, biz onları ümumiyyətlə maliyyələşdirməməliyik”, – Qriffit bildirib.
Aut.az
