Avropa Çempionatı

Merih əfsanənin nailiyyətini təkrarladı

Türkiyə millisinin müdafiəçisi Merih Demiral Fransa millisinin sabiq futbolçusu Lilian Thuramın nailiyyətini təkrarlayıb.

Aut.az xəbər verir ki, Demiral beynəlxalq turnirlərin pley-off matçlarında dubl edən ikinci müdafiəçi oldu. Bu barədə “OptaJean” məlumat yayıb.

Türkiyəli futbolçu Avstriya ilə matçın 57-ci saniyəsində komandasını hesabda irəli çıxarıb. 59-cu dəqiqədə isə dubla imza atıb.

Qeyd edək ki, “ay-ulduzlar” 1/4 finalda Niderland millisi ilə qarşılaşacaq.

Aut.az