Avropa Çempionatı

İngiltərə penalti qazandı, baş nazir görün nə etdi – VİDEO

Ötən gün ABŞ-da keçirilən NATO sammitində maraqlı hadisə baş verib.

Aut.az xəbər verir ki, toplantıda iştirak edən Böyük Britaniyanın yeni baş naziri Kir Starmer iclası qəfildən tərk edib. O, Avro-2024-ün yarımfinal mərəhləsi çərçivəsində Niderland ilə qarşılaşan İngiltərə millisinin qazandığı penaltisini izləmək üçün zalı tərk edib.

Harri Keyn fərqləndikdən sonra Starmer toplantıya geri qayıdıb.

Qeyd edək ki, sözügedən matç İngiltərə millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. İyulun 14-də baş tutacaq final matçında Qaret Sautgeytin yetirmələri İspaniya yığması ilə üz-üzə gələcək.

Aut.az