Dünya futbolu

Uruqvaylı futbolçularla kolumbiyalı azarkeşlər əbəyaxa oldular – VİDEO

Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) Amerika Kubokunun 1/2 finalından sonra Uruqvay millisinin futbolçuları ilə kolumbiyalı azarkeşlər arasında baş verən davanı pisləyib.

Aut.az xəbər verir ki, Kolumbiya yığması 1:0 hesabı ilə qalib gələrək turnirin finalına yüksəlib. Oyun başa çatdıqdan sonra Uruqvay millisinin futbolçuları ilə kolumbiyalı azarkeşlər arasında əlbəyaxa dava olub. Uruqvaylılar münaqişə zamanı tribunalara qalxıb. Hadisədə iştirak edən Uruqvay millisinin oyunçuları arasında Darvin Nunes və Ronald Arauxo da var.

“CONMEBOL futbola təsir edən hər hansı zorakılıq aktını qətiyyətlə pisləyir. Bizim işimiz futbolun bizi müsbət dəyərləri ilə birləşdirdiyi inancına əsaslanır. Meydanda və ya meydandan kənarda dözümsüzlük və zorakılığa yer yoxdur.

Qalan günlərdə hər kəsi komandalarına dəstək olmaq və unudulmaz vaxt keçirmək üçün bütün ehtiraslarını sərf etməyə çağırırıq”, – konfederasiyanın sosial şəbəkələrdəki bəyanatında deyilir.

Uruqvaylı futbolçularla kolumbiyalı azarkeşlər əbəyaxa oldular - VİDEO Uruqvaylı futbolçularla kolumbiyalı azarkeşlər əbəyaxa oldular - VİDEO

Aut.az