Dünya futbolu

Ramil Şeydayev oynadı?

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin formasını geyindiyi “Buriram Yunayted” növbəti oyununu keçirib.

Aut.az xəbər verir ki, sözügedən komanda Tayland çempionatının VII turunda “Chonburi”ni qəbul edib.

Görüş heç-heçə ilə yekunlaşıb – 2;2.

Ramil bu görüşün iştirakçısı olub. Start heyətdə yer alan hücumçu 89-cu dəqiqədə əvəzlənib.

“Buriram Yunayted” 6 oyundan sonra 14 xalla üçüncü pillədə qərarlaşıb.