Yamalın butslarında niyə bu iki ölkənin bayrağı var? – FOTO
İspaniya millisinin cinah oyunçusu Lamin Yamal Avro-2024-də daha iki ölkənin – Mərakeş və Ekvatorial Qvineyanın bayraqlarının təsviri olan butslarda çıxış edir.
Aut.az xəbər verir ki, bu dövlətlər onun valideynlərinə vətənidir.
Xatırladaq ki, 2024-cü il Avropa çempionatının iki turundan sonra İspaniya millisi altı xal toplayaraq, turnirin 1/8 final mərhələsinə vəsiqəni təmin edib.
Avro 2024-də 16 yaşlı cinah oyunçusu iki matçda iştirak edib və bir məhsuldar ötürmə verib. Ümumilikdə Yamal meydanda 157 dəqiqə keçirib.
Yamal 2023-cü ilin sentyabrında İspaniya millisində debüt edib. Bu müddət ərzində o, iki qol vurduğu bütün turnirlərdə doqquz matçda iştirak edib.

Aut.az
