Avro-2032 Türkiyəyə neçə milyard qazandıracaq?
Türkiyənin Avro-2032-yə ev sahibliyi etməsindən əldə edəcəyi gəlir açıqlanıb.
Aut.az xəbər verir ki, qardaş ölkə qitə birinciliyindən 1 milyard ABŞ dollarından çox vəsait əldə edəcək. Bu barədə Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi açıqlama verib. O, Avropa çempionatına görə ölkəyə 2 milyondan çox turistin də səyahət edəcəyini vurğulayıb.
Qeyd edək ki, AVRO-2032-ni Türkiyə İtaliya ilə birlikdə təşkil edəcək.
