Avropa Çempionatı

Berqkampın nailiyyətini təkrarladı

Niderland millisi Avro-2024-ün 1/8 finalında Rumıniyanı 3:0 hesabı ilə məğlub edib.

Aut.az xəbər verir ki, bu oyunda hücumçu Kodi Qakpo qol vurub və məhsuldar ötürmə edib. Onun üçün bu top turnirdə sayca 3-cü olub.

“Opta”nın məlumatına görə, Qakpo tarixdə iki böyük turnirdə 3+ qol vuran üçüncü niderlandlı olub (DÇ-2022-də 3 qol vurub).

Əvvəllər bunu yalnız Conni Rep (DÇ-1974 və DÇ-1978) və Denis Berqkamp (Avro-1992, DÇ-1994 və DÇ-1998) bacarıb.

Aut.az