“Barasa”dan Enrikeyə təsirli jest: Qızının şərəfinə…
“Barselona” PSJ-nin baş məşqçisi Luis Enrikenin qızının şərəfinə yaradılmış ağır xəstəlikləri olan uşaqlar üçün fondu dəstəkləmək qərarına gəlib.
Aut.az xəbər verir ki, “Barsa” PSJ ilə Çempionlar Liqasının 2-ci tur matçının formalarını hərraca çıxaracaq. Bu barədə “X” sosial media platformasında “Barca Foundation” hesabı məlumat yayıb.
Xatırladaq ki, PSJ-nin baş məşqçisinin qızı Xana 2019-cu ildə beş aylıq osteosarkoma ( sümük xərçəngi – red. ) ilə mübarizədən sonra doqquz yaşında vəfat etmişdi . Luis Enrike Çempionlar Liqasındakı qələbəsini qızına həsr edib və parisli azarkeşlər onun şərəfinə pankart açıblar.
Aut.az
