Dünya futbolu

Neymar Messi ilə mübahisə edən futbolçuya belə dəstək verdi  

Zədəsini sağaltmaqla məşğul olan Braziliya millisinin hücumçusu Neymar millidəki tərəfdaşı Rodriqo de Qoisə dəstək olub.

Aut.az xəbər verir ki, DÇ-2026-nın seçmə mərhələsində Argentinaya məğlubiyyətdən 0:1 sonra cinah oyunçusu sosial mediada irqçi təhqirlərə məruz qalıb.

22 yaşlı braziliyalıya meymun və banan emojiləri olan mesajlar göndərilib .

“Sənin parlaqlığın onları gözünü qamaşdırır. Heç nəyə görə dayanma”, – Neymar yazıb.

Xatırladaq ki, matç zamanı Rodriqo de Qois Argentina millisinin kapitanı Lionel Messi ilə mübahisə edib.

Aut.az