Dünya futbolu

Sevgilisindən ayrıldığı üçün intihar etmək istəyib?

“Nitsa” komandanın yarımmüdafiəçisi Aleksis Beka-Beka ilə bağlı yaranmış fövqəladə vəziyyətlə bağlı açıqlama yayıb.

Aut.az xəbər verir ki, daha əvvəl Fransa mətbuatında futbolçunun problemlərinin onun sevgilisindən ayrılması ilə bağlı olduğu haqda xəbərlər yayılmışdı.

“Ayrılma ilə bağlı hekayə yalandır, bunun baş verənlərlə heç bir əlaqəsi yoxdur və tamamilə kontekstdən çıxarılıb.

Biz artıq bu hekayəni şərh etməyəcəyik”, – deyə “Nitsa”nın “X” hesabında yazılıb.

Xatırladaq ki, bu gün səhər saatlarında Aleksis Beka-Beka Nitsada körpünün kənarında dayanaraq intihar edəcəyini bildirib.

Aut.az