“Real” onu göndərir: Lazım olmadı
“Real” “Kastilya” komandasında icarə əsasında çıxış edən “Şaxtyor Donetsk”in müdafiəçisi Vinisius Tobiasla müqavilə imzalamayacaq.
Aut.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.
Mənbənin sözlərinə görə, Madrid klubu braziliyalı futbolçunu Dani Karvaxalın əvəzləyicisi hesab edirdi. Lakin Lukas Vaskeslə müqavilənin uzadılmasından sonra Tobiasın əsas komandaya düşmək şansı qalmayıb.
20 yaşlı Tobias 2022-ci ilin yayında “Şaxtyor”dan icarəyə götürülüb. Bu müddət ərzində o, “Real”ın ikinci komandasında 59 oyun keçirib. 2023/2024 mövsümündə braziliyalı əsas komandanın heyətində kral kuboku çərçivəsində bir oyun keçirib.
Aut.az
