“Real”da ciddi itki
“Real”in qapıçısı Kepa Arrizabalaqa qarşıdakı oyunlarda iştirak etməyəcək.
Aut.az xəbər verir ki, buna səbəb Kepanın Çempionlar Liqasında “Braqa” ilə oyundan (3:0) əvvəl isinmə hərəkətləri zamanı zədələnməsdir. “Marca”-nın məlumatına görə, onun sağalması üçün ən azı iki həftə vaxt lazım olacağı gözlənilir.
Bu mövsüm Kepa “Real”ın heyətində 13 oyun keçirib və 10 top buraxıb.
Xatırladaq ki, Madrid klubunun əsas qapıçısı Tibo Kurtua dizindən aldığı ciddi zədə səbəbindən mövsümün ilk yarısını buraxır.
