Atasını da azad etdilər
“Liverpul”un hücumçusu Luis Diasın atası əsirlikdən azad edilib.
Aut.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində (keçmiş Twitter) jurnalist Viki Davila məlumat verib .
“Rəbbə həmd olsun! Luis Diasın atası Luis Manuel Diasın azadlığa çıxması və ailəsinin yanına qayıtması necə də xoşdur. Nə böyük ağrı və eyni zamanda xoşbəxtlik! Kabus bitdi, işgəncələr dayandı. Yenə bir yerdədirlər.
Lucho, sən bacardın!!! Yenə atanız olacaq. Dünya sizin və ailəniz üçün xoşbəxtdir”, – jurnalist yazıb.
Xatırladaq ki, Luis Diasın valideynləri Kolumbiyada qaçırılıb. Futbolçunun anası daha əvvəl azad edilmişdi.
Aut.az
