İspaniya

Ançelotti məəttəl qaldı, polisə yaxınlaşdı – FOTO

Xəbər verdiyimiz kimi ABŞ-da mövsümöncəsi tur çərçivəsində Şərqi Ruterforddakı “MetLife” atadionunda “Barselona” və “Real” qarşılaşıb.

Aut.az xəbər verir ki, qarşılaşmanın 11-ci dəqiqəsində baş hakim Armando Villarreal tufan olması və şimşək çaxması səbəbindən matçı dayandıraraq komandaları 30 dəqiqəlik paltardəyişmə otaqlarına göndərib.

ABŞ qanunlarına görə, ildırım 12,8 kilometr radiusda olarsa, matç dərhal dayandırılmalıdır.

“Real”ın baş məşqçisi Karlo Ançelotti öncə oyunun niyə dayandırıldığını anlamayıb. O, polisə yaxınlaşaraq məsələnin məğzini öyrənmək istəyib.

Sonradan oyun davam etdirilib və “Barsa”nın qələbəsi ilə yekunlaşıb – 2:1.

Ançelotti məəttəl qaldı, polisə yaxınlaşdı – FOTO

Aut.az