Dünya cempionatı

DÇ-2026: Bu penalti seriyası tarixə düşdü

Niderland və Mərakeş arasında baş tutan penaltilər seriyası Dünya Kubokunun tarixinə düşüb.

Aut.az xəbər verir ki, ilk dəfə olaraq dörd zərbə qapıdan yan keçib.

Bu barədə “Opta” məlumat yayıb. Əsas vaxt və əlavə vaxt 1-1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında niderlandlılar Castin Klyuvert və Kvinten Timbert, eləcə də mərakeşli futbolçular Neil Yoni və Əşrəf Hakiminin zərbələri qapıdan yan keçib.

Mərakeş sonda 3-2 hesabı ilə qalib gəlib. Yarımmüdafiəçi İsmael Saibari həlledici zərbəni dəqiq yerinə yetirib.

1/8 final mərhələsində Mərakeş Kanada ilə qarşılaşacaq. Oyun 4 iyulda, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Aut.az