Kroos Almaniya yığması haqda: Tituldan danışmaq…
Almaniya yığmasının sabiq futbolçusu Toni Kroos milli komandanın vəziyyəti barədə danışıb.
Aut.az xəbər verir ki, keçmiş kapitan bundestimin dünya çempionluğu şanslarını dəyərləndirib:
“Hazırda biz ən yüksək məqsədləri qarşısına qoymaq imkanına malik komandalar sırasına daxil deyilik, çünki obyektiv olaraq daha güclü yığmalar var. Buna baxmayaraq hesab edirəm ki, ən yaxşı alman oyunçularını seçsək və hamısı formadadırsa, bizim də güclü tərəflərimiz var.
Doğrudur, hazırda dünya çempionu titulundan danışmaq çox uzaqdır. Lakin turnir gələn yay keçiriləcək. Bu gün biz hədəf səviyyəsindən uzağıq və reallıqda əlverişsiz vəziyyətdəyik. Amma yayda bütün əsas oyunçular sağlam olarsa, vəziyyət dəyişə bilər”.
Almaniya yığması A qrupunda Lüksemburq, Slovakiya və Şimali İrlandiya ilə mübarizə aparır.
Aut.az
