Alman futbolunda ilk: Məşhur kluba bu qadın rəhbərlik edəcək
Almaniya peşəkar futbolunda ilk dəfə bir qadın klubu idarə edəcək.
Aut.az xəbər verir ki, “Leyptsiq” Tatyana Haennini baş direktor təyin edib.
“Biz güclü lider olan Tatyana Haenninin “Leyptsiq”in baş direktoru təyin edilməsindən çox məmnunuq. Danışıqlarımız zamanı o, təcrübəsi, liderlik keyfiyyətləri və strateji düşüncəsi ilə bizi və klubun rəhbər orqanını heyran etdi.
Biz bunun yeni təkan verməsini və gələcəyə yaxşı hazırlaşmağımızı və artan tələbləri qarşılamağa davam edə biləcəyimizi təmin edəcəyini gözləyirik”, – “Leyptsiq”in Müşahidə Şurasının sədri Oliver Mintzlaff bildirib.
Tatyana keçmiş futbolçudur. Bir oyunçu kimi Haenni İsveçrə millisində 23 oyun keçirib. Karyerasını bitirdikdən sonra UEFA, FİFA və İsveçrə Futbol Assosiasiyası və digər təşkilatlarda çalışıb. Ən son olaraq o, ABŞ-da Milli Qadın Futbol Liqasının (NWSL) baş idman direktoru vəzifəsində çalışıb.
Aut.az
