Almaniyaİngiltərə

“Bavariya”dan həmlə: Super istedadı “Yunayted”in əlindən almaq istəyir

“Bavariya” “Mançester Yunayted”in hədəfində olan “Sportinq”in isveçli forvardı Viktor Dyokereşi transfer etməyə çalışır.

Aut.az xəbər verir ki, bu barədə “Daily Star” məlumat yayıb.

Mənbənin məlumatına görə, İngiltərə nəhənginin çalışdırıcısı Ruben Amorim 26 yaşlı futbolçu ilə sıx əlaqələri olduğuna görə, onun “Yunayted”i seçəcəyinə inanır. Viktor Çempionlar Liqasında oynamaq istəyir, “Bavariya”nın mankunianlılardan fərqli olaraq turnirin daimi iştirakçısı olması bu məsələdə prioritet variant olacaq.

Münhen nəhəngi futbolçu üçün danışıqlara başlayıb və 80 milyon avro təzminat bəndini ödəməyə hazırdır.

Aut.az