Dünya futboluİngiltərə

Qyőkereş hücumçuların reytinqini tərtib etdi: Bağışla, Aleksandr – VİDEO

“Qızıl top”un mətbuat ofisi Viktor Qyökereşdən on əfsanəvi hücumçunun reytinqini tərtib etməyi xahiş edib.

Aut.az xəbər verir ki, sorğu amanı bir şərt olub: isveçli aparıcının daha sonra hansı oyunçunun adını çəkəcəyini bilmirdi.

İlk çəkilən ad Samuel Eto’O olub: “O, çox yaxşı oyunçudur, amma onun oyununa çox baxmamışam. Bağışlayın, amma onu yeddinci yerə qoymalıyam”.

Luis Suares: “Oh, inanılmazdır. Beşinci”.

Zlatan İbrahimovic: “Üçüncü. Düşünürəm ki, daha yüksəklərə təyin oluna biləcək başqa biri olacaq.”

Filippo İnzaqi: “Onu səkkizinci yerə qoyacağam, üzr istəyirəm”.

Tyerri Anri: “Yaxşı, riskə gedəcəm. Dördüncüsü”.

Erlinq Haaland: “Altıncı”.

Robert Levandovski: “Doqquzuncu. O, bu yerə layiqdir deməzdim, amma onu bura yerləşdirəcəyəm”.

Aleksandr İsak: “Onu onuncu yerə qoymalı olacağam. Bağışla, Aleksandr, sən onuncu deyilsən, amma bu reytinq planlaşdırılmayıb, sonra hər şeyi dəyişəcəm”.

Kərim Benzema: “Yaxşı, ikinci”.

Ronaldo Nazario: “Birinci”.

Viktora bir dəyişiklik təklif edilib və o, çətin anlar yaşayıb: “Problem ondadır ki, İsakı yuxarı qaldırsam, Levandovski sonuncu olacaq! Bu da cəfəngiyatdır. Levandovskini Samuel Eto’O ilə əvəz edəcəm”.

Aut.az