“Sevilya” uduzdu
İspaniya La Liqasında XX tura start verilib.
Aut.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Sevilya” azarkeşləri önündə “Alaves”ə məğlub olub.
“Real” və “Barselona” İspaniya Superkubokunda sabah üz-üzə gələcəkləri üçün bu turun oyunlarını başqa vaxt keçirəcək.
İspaniya La Liqası
XX tur
12 yanvar
Sevilya – Alaves 2:3
Qollar: R.Mir, 70, L.Okampos, 81 – N.Tenalya, 26, K.Qarsiya, 40, R.Duarte, 90+1
13 yanvar
17:00 Las Palmas – Vilyarreal
19:15 Malyorka – Selta
21:30 Atletik – Real Sosyedad
00:00 Betis – Qranada
14 yanvar
17:00 Almeriya – Jirona
19:15 Kadis – Valensiya
