İspaniya

Deku təsdiqlədi: Yaxın günlərdə elan edəcəyik

“Barselona”nın idman direktoru Deku klubun yaxın vaxtlarda yarımmüdafiəçi Frenki de Yonqla müqaviləni uzadacağını təsdiqləyib.

Aut.az xəbər verir ki, Deku TV3-ə deyib:

“Frenki agentləri ilə bağlı bəzi dəyişikliklər etdi və biz bunun həllini gözləyirdik. Bu məsələnin pulla heç bir əlaqəsi yoxdur.

Biz indi son mərhələdəyik. Hər şey tezliklə tamamlanacaq”.

28 yaşlı niderlandlı 2019-cu ildə  “Ayaks”dan 86 milyon avroya “Barsa”ya keçib. Bu müddət ərzində 267 matçda 19 qol vurub və 24 məhsuldar ötürmə edib.

Aut.az