İspaniya

Onlar elitanı tərk etsə, “Real”lı xoşbəxt olacaq

“Betis”in yetirməsi, hazırda “Real”da oynayan Daniel Sebalos, “Sevilya”nın La Liqadakı durumu haqda danışıb.

Aut.az xəbər verir ki, Daniel “Sevilya”nın elitanı tərk etməsini arzuladığını gizlətməyib.

“Hər kəs Sevilyadakı rəqabəti bilir. Kimsə uğursuz olarsa, bu, rəqibin qələbəsidir. Bu il “Betis” bu andan həzz almalıdır.

“Sevilya” aşağı diviziona düşərsə, əlbəttə ki, xoşbəxt olacağam”, – “Mundo Deportivo” Sebalosdan sitat gətirir.

Aut.az