İspaniya

“Barselona”dan Yamal açıqlaması: Nə vaxta qədər oynaya bilməyəcək?

“Barselona”nın ulduz vingeri Lamin Yamal zədə səbəbindən 2025/26 mövsümünün sonuna qədər komandaya kömək edə bilməyəcək.

Aut.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.

Yamal-ın “Selta” ilə oyunda (1:0) aldığı zədədən sonra aparılan tibbi müayinələr nəticəsində sol ayağın budunun arxa səthində yerləşən iki başlı əzələnin zədələndiyi müəyyən edilib. Klubdan bildirilib ki, futbolçunun əməliyyata ehtiyacı yoxdur.

O, konservativ müalicə kursu keçəcək. Gözlənilir ki, Lamie dünya çempionatına qədər sağalacaq və İspaniya milli komandasının məşqçilər korpusunun sərəncamında olacaq.

Qeyd edək ki, cari mövsümdə Lamin Yamal klub səviyyəsində 45 oyunda iştirak edib, 24 qol vurub və 18 məhsuldar ötürmə ilə yadda qalıb.

Aut.az