İspaniya

Tebasdan Arbeloaya cavab: “Bayern”lə oyun haqda da eyni sözü deyirdiniz

La Liqanın prezidenti Xavyer Tebas “Real Madrid” in baş məşqçisi Alvaro Arbeloanın hakimliklə bağlı açıqlamalarına cavab verib.

Aut.az xəbər verir ki, Arbeloa daha əvvəl belə demişdi: “Jirona” matçındakı vəziyyətlərə görə, “Real” üçün Çempionlar Liqasını qazanmaq La Liqadan daha asandır. Bu, çox şey deyir”.

10 apreldə La Liqada keçirilən oyunda “Real Madrid” və “Jirona” 1-1 hesablı heç-heçə etdilər. Hakim Xavyer Alberola Rojas 88-ci dəqiqədə Kilian Mbappe cərimə meydançasında yıxıldıqdan sonra “Jirona”nın qapısına penalti təyin etmədi .

“Arbeloanın bəyanatlarını əvvəllər də eşitmişəm. Əvvəlcə bir şey deyir, sonra başqa bir şey və sair. Fikirləri fərqli olan başqa insanlar da var.

Düşünürəm ki, “Real Madrid” mübarizəni davam etdirməyə çalışmalıdır, liqa mövsümü hələ bitməyib və fərqi azaltmaq üçün kifayət qədər imkan var. Əminəm ki, “Barselona” hər matçda qalib gəlməyəcək.

“Əgər o, “Jirona” ilə oyundan danışırsa, daha sonra “Bayern”lə oyun haqda da eyni sözləri deyirdilər. Eyni şey, amma “Bayern”lə bağlı, çünki o (cavab matçının hakimi Slavko Vinçiç) sloveniyalı idi”, – Tebas deyib.

Aut.az