Portuqaliya çempionatını bombardiri La Liqa nəhənginə gedir
“Sportinq”in 25 yaşlı hücumçusu Viktor Qyökeres “Atletiko Madrid”ə keçə bilər.
Aut.az xəbər verir ki, bu barədə “A BOLA” internet nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, “hindularr” isveçli futbolçunu bu transfer dönəmində ala bilərlər. “Sportinq”in Qyőkeres üçün 100 milyon avro istədiyi bildirilir.
Bu mövsüm Qyőkeres klub üçün bütün turnirlərdə 50 oyun keçirib, 42 qol vurub, 15 məhsuldar ötürmə edib və Portuqaliya çempionatının bombardiri olub. Onun “Sportinq”lə müqaviləsi 2028-ci ilin yayına qədərdir. Məşhur “Transfermarkt” internet portalının məlumatına görə, futbolçunun təxmini dəyəri 55 milyon avrodur. 2023-cü ilin yayında Portuqaliya klubu isveçlini “Koventri”dən 21 milyon avroya transfer edib.
Aut.az
