İspaniya

“Atletiko” və İspaniya millisinə bəd xəbər: Zədələndi

“Atletiko”nun yarımmüdafiəçisi Alex Baena La Liqanın ilk turunda “Espanyol”a qarşı keçirilən oyunda (1:2) qasıq əzələsindən zədə alıb.

Aut.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

Xəbərə görə, 24 yaşlı ispaniyalı futbolçu iki həftə meydana çıxa bilməyəcək. O, həmçinin İspaniya millisinin 2026-cı il dünya çempionatının seçmə mərhələsində Bolqarıstan və Türkiyəyə qarşı oyunlarını da buraxacaq.

Klubdan bildirilib ki, futbolçu fizioterapiya seansları keçəcək və bərpa prosesi üçün trenajor zalında fərdi məşqlərlə məşğul olacaq. Onun yaşıl meydanlara dönüşü isə sağlamlıq durumundan asılı olacaq.

Qeyd edək ki, Baena bu ilin iyul ayının əvvəlində “Vilyarreal”dan “Atletiko”ya transfer olunub.

Aut.az