ŞOK İDDİA: “Real” və “Barselona” ulduz futbolçu üçün yarışacaq
“Bavariya”nın hücumçusu Harri Keyn komandadan ayrıla bilər.
Aut.az xəbər verir ki, bu barədə “Sport Bild” məlumat yayıb.
Mənbənin yazdığına görə, 32 yaşlı ingilisin müqaviləsində 2026-cı ilin yayında klubdan ayrılmaq istəsə, 68 milyon avrodan az miqdarda azadolma bəndi mövcuddur. Bildirilir ki, “Real” və “Barselona” futbolçunu yaxın yayda transfer etmə imkanını ciddi şəkildə nəzərdən keçirir.
Keyn 2023-cü ilin avqustundan “Bavariya”da çıxış edir. Bu müddətdə 104 oyunda iştirak edərək 100 qol vurub və 29 məhsuldar ötürmə edib. Futbolçunun “Bavariya” ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. “Transfermarkt” portalı hücumçunun bazar dəyərini 75 milyon avro olaraq qiymətləndirir.
Aut.az
