“Barsa”da ondan razıdırlar: Müqaviləni uzatmaq istəyirlər
“Barselona” rəhbərliyi qapıçı Voytsex Şensnı ilə yeni müqaviləni müzakirə etməyə hazırdır.
Aut.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat verib.
Qeyd olunur ki, kataloniyalılar danışıqlara tələsmirlər, lakin polşalının həm meydanda, həm də meydandan kənarda komandaya təsirindən çox razıdırlar. Son qərar 34 yaşlı futbolçunun özündən asılıdir.
Şensnı “Yuventus”dan ayrıldıqdan və karyerasını başa vurduğunu elan etdikdən sonra pulsuz olaraq “Barselona”ya keçib. Müqavilə bu ilin yayına qədər qüvvədədir.
Aut.az
