“Real”da böyük narahatlıq: Bu diaqnoz təsdiqlənsə…
“Real Madrid”in qapıçısı Tibo Kurtua Çempionlar Liqasının 1/4 final mərhələsində “Bavariya” ilə oyunu buraxa bilər.
Aut.az xəbər verir ki, “The Madrid Zone” sosial media hesabına görə, belçikalı qapıçıya ilkin olaraq bağlayıcı əzələsinin cırılması diaqnozu qoyulub. Diaqnoz təsdiqlənərsə, Kurtua komandasının qarşıdakı oyunlarında meydana çıxa bilməyəcək. Xatırladaq ki, “Kral Klubu” Çempionlar Liqasının 1/8 final mərhələsində “Mançester Siti”ni məğlub etmişdi. Alvaro Arbeloanın yetirmələri ilk oyunda 3-0, cavab oyununda isə 2-1 hesabı ilə qalib gəlib.
Aut.az
