“Real” azarkeşləri qəzəblənəcək: Kroos onu ən yaxşı hesab edir
“Real Madrid”in və Almaniya yığmasının keçmiş yarımmüdafiəçisi Toni Kroos hesab edir ki, “Barselona”nın yarımmüdafiəçisi Pedri hazırda öz mövqeyində dünyanın ən yaxşısıdır.
Aut.az xəbər verir ki, almanın sözlərini “Mundo Deportivo” nəşri sitat gətirib.
“Məncə, Pedri indiyə qədərki ən yaxşı yarımmüdafiəçidir. Pedri, kimə qarşı oynamasından asılı olmayaraq, ümumiyyətlə, oynamadığı zaman darıxacağınız bir oyunçudur. O, təkcə qol vurmur, assistentlik etmir, həm də həll yolları təqdim edir.
Pedrinin bu mövsüm nə etdiyinə baxdım: təkcə Çempionlar Liqasında hər oyunda 52 rəqibi üstələyir, La Liqada bu, daha heyrətamiz rəqəmdir – 59! O, bir oyunda 11-12 müdafiəçini məğlub edir ki, bu da yarımmüdafiəçi üçün ən çətin işdir. Pedri ən yaxşıdır. Əgər belə bir oyunçunu itirsəniz, bunun fərqinə varacaqsınız”, – Kroos deyib.
Pedri bu mövsüm “Barselona”nın heyətində bütün turnirlərdə 54 matçda 6 qol vurub və 7 məhsuldar ötürmə edib.
Aut.az
