Dünya futbolu

Bir tərəfdən narazıdırlar, amma çox pul qazanmaq istəyirlər: Ceferin sıx qrafik haqda

Aleksander Ceferin sıx təqvimlə bağlı futbolçulardan və klublardan gələn şikayətlərdən danışıb.

Aut.az xəbər verir ki, Çeferin sıx təqvimin klubların daha çox pul qazanmaq istəyinə bağlı olduğunu bildirib.

– Tezliklə bir çox Avropa komandalarının iştirak edəcəyi yeni Klublararası Dünya Çempionatı başlayacaq. Bu barədə nə düşünürsünüz?

– Turnir hələ başlamadığı üçün nəsə demək çətindir. Bir tərəfdən oyunçular iş yükünün çox ağır olmasından şikayətlənirlər. Digər tərəfdən, daha çox oynamaq istəyən klublar, xüsusən də böyük klublar var.

Mövsüm bitdikdən 5 həftə sonra başa çatacaq turnirin futbolçuların sağlamlığına təsir edib-etməyəcəyini bilmirəm. Gəlin gözləyək.

– Bir çox məşqçilər və oyunçular təqvimin çox sıx olmasından şikayətlənirlər. Bu barədə nə düşünürsünüz?

– Təqvim doludur. O qədər ki, daha çox matç əlavə edə bilmirik. razıyam. Amma vəziyyət paradoksaldır.

Bir tərəfdən, klublar davamlı olmaq istəyirlər və gəlir əldə etmək üçün daha çox matça ehtiyac duyurlar.

Digər tərəfdən, futbolçular çox oynayır və zədələnirlər.

Amma klublar hər şeyi ödəyə biləcək qədər maddi cəhətdən güclü olsaydılar, bu qədər matça ehtiyac duymazdılar.

Aut.az