İspaniya

“Barselona” onunla yeni müqavilə imzalamaq istəyir

“Barselona” müdafiəçi Erik Qarsiya ilə müqavilənin uzadılması barədə danışıqlar aparır.

Aut.az xəbər verir ki, Kataloniya klubu 24 yaşlı futbolçu ilə əməkdaşlığı 2030-cu ilə qədər davam etdirmək istəyir. Hazırkı müqavilə isə 2026-cı ilin iyununda başa çatır. “Diario Sport”un məlumatına görə, tərəflər razılaşmaya yaxındır.

Qarsiya 2021-ci ilin yayında “Barselona”ya keçib və indiyədək komandanın heyətində 118 oyuna çıxaraq 6 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Aut.az