İspaniya

“Barselon”adan Klopp açıqlaması: Əvvəlcə…

“Barselona”nın idman direktoru Deku cari mövsümün sonunda klubdan ayrılacağını açıqlayan ” Liverpul”un baş məşqçisi Yurgen Kloppun Kataloniya klubuna rəhbərlik edə biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib .

Aut.z xəbər verir ki, Kloppdan bir neçə gün sonra kataloniyalıların baş məşqçi Xavi də oxşar qərarı açıqlayıb. Buna görə də bir çox ispan mediası Kloppun gələcək karyerasını “Barselona” ilə əlaqələndirir.

“Klopp əla məşqçidir, amma indi belə danışmaq üçün uyğun vaxt olduğunu düşünmürəm. Yeni məşqçi dəyişiklik etmək istəyəcək, amma əvvəlcə klubumuzun layihəsini və ideyalarını izah etməli olacaq. Biz bir çox variantları nəzərdən keçiririk”, – deyə “La Vanguardia” dekadan sitat gətirib.

Aut.az