İspaniyaTürkiyə

AS iddia etdi: Arda Gülər…

Türkiyə millisinin futbolçusu Arda Gülər bu həftə La Liqada debüt edə bilər.

Aut.az xəbər verir ki, bu barədə İspaniyanın “AS” nəşri məlumat yayıb.

Bildirilir ki, Arda bazar günü “Rayo Valyekano” ilə 12-ci tur oyunun iştirak ərizəsinə daxil ediləcək. Baş məşqçi Karlo Ançelottinin artıq ümumi məşqlərdə iştirak edən türk futbolçuya ikinci hissədə şans verəcəyi vurğulanıb.

Qeyd edək ki, Arda Gülər “Fənərbağça”dan “Real”a transfer olunduqdan sonra 2 dəfə ciddi zədə alıb. Bu səbəbdən 18 yaşlı yarımmüdafiəçi Madrid klubunda debüt edə bilməyib.