La Liqanın prezidenti Premyer Liqanı bəyənmir
La Liqanın prezidenti Xavyer Tebas İngiltərə Premyer Liqasını maliyyə vəsaitlərini düzgün idarə etmədiyinə görə tənqid edib.
Aut.az xəbər verir ki, “Mundo Deportivo” Tebasın sözlərini sitat gətirib:
“Premyer Liqa elə qurulub ki, gəlirsizdir. Onun dövriyyəsi daha yüksəkdir. İngiltərə İspaniyadan daha zəngin ölkədir, buna baxmayaraq, kəsir davamlıdır və biz Premyer Liqanın gəlirsizliyinə qayıdırıq. Bu, Avropanın qalan hissəsinə inflyasiya təsirini göstərir.
Mən investisiyalardan yox, itkilərdən danışıram. Transfer effektivlik nisbətinə baxsaq, bizim və alman klubları ən effektivdir. Levandovski deyib ki, Premyer Liqada 10 oyun keçirən və 6 qol vuran futbolçulara çox pul ödəyirlər. Bu, Premyer Liqanı daha dəyərli edir?
Gəlin “Qızıl top”a keçək. Rodri istisna idi. Onlar çoxlu müqavilə imzalayırlar, amma heç bir ulduz qazana bilmirlər. Bu, məni narahat etmir. Bizim hələ də Premyer Liqadan daha çox Avropa titullarımız var”.
Aut.az
