İngiltərəİspaniya

İngiltərənin 3 nəhəngi “Real”ın ulduzunu istəyir: 80 milyon qiyməti var

“Çelsi”, “Mançester Yunayted” və “Nyukasl Yunayted” “Real Madrid”in yarımmüdafiəçisi Eduardo Kamavinqa ilə maraqlanır.

Aut.az xəbər verir ki, “kral klubu” Kamavinqanı 80 milyon avro dəyərində qiymətləndirir.

Mənbənin sözlərinə görə, fransalı futbolçunun “Real”dan ayrılmaq istəyib-istəmədiyi hazırda bəlli deyil.

Keçən mövsüm Kamavinqa bütün turnirlərdə 35 oyun keçirib, iki qol vurub və iki məhsuldar ötürmə edib. Onun müqaviləsi 2029-cu ilin yayına qədərdir. “Transfermarkt”ın məlumatına görə, onun bazar dəyəri 60 milyon avrodur.

Aut.az