Prezident təsdiqlədi: Arda Turan bu klubla danışıqlar aparır
Türkiyənin “Eyüpspor” klubunun prezidenti Murat Özkaya Arda Turanın Donetskin “Şaxtyor” klubuna mümkün keçidi ilə bağlı danışıqların aparıldığını mətbuat nümayəndələri ilə söhbətində təsdiqləyib.
Aut.az xəbər verir ki, bu barədə “AS” nəşri məlumat yayıb.
Arda Turan özü də “Şaxtyor”u çalışdırmaqda maraqlıdır. Onun əsas məqsədi gələcəkdə Dieqo Simeonedən sonra Madrid “Atletiko”sunun baş məşqçisi olmaqdır.
“Biz daim Arda ilə əlaqə saxlayırıq və hər kəs onun xəyalının “Atletiko”ya baş məşqçi olmaq olduğunu bilir. Ən önəmlisi odur ki, klub rəhbərliyi inkişafını izləyir və onunla maraqlanır”, – deyə “Qalatasaray”ın sabiq məşqçisi və Turanın yaxın dostu Nəcati Ateş bildirib.
Qeyd edək ki, Arda Turan 2023-cü ilin aprelindən “Eyüpspor”u çalışdırır. Hazırda komanda Superliqada 33 turdan sonra 50 xalla 6-cı pillədə qərarlaşıb və 3-cü yerdən 7 xal geri qalır.
“Eyüpspor” Turanın baş məşqçi kimi ilk klubudur. O, futbolçu karyerası ərzində “Qalatasaray”, “Manisaspor”, “Atletiko Madrid”, “Barselona” və “Başakşəhər”də çıxış edib.
Hazırda “Şaxtyor”u Marino Pusic çalışdırır. Komanda Ukrayna Premyer Liqasında üçüncü yerdədir və artıq rəsmi olaraq çempionluq şansını itirib.
Aut.az
