İspaniyaAvropa Çempionatı

Aneçlotti Avro-2024-ü bəyənməyib

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya millisinin qələbəsi ilə başa çatan Avro-2024-ün nəticələri haqda danışıb.

Aut.az xəbər verir ki, Ançelotti çempionatda oyun səviyyəsindən narazı qalıb.

“İspaniya Avro 2024-ü qazanmağa layiq idi, komandada çoxlu istedadlı oyunçular var idi. Amma bu çempionatda yüksək intensivlik yox idi. Ən güclü futbolçular turnirə yorğun gəlmişdilər”, – deyə 65 yaşlı italiyalı mütəxəssis İspaniya mətbuatına müsahibəsində bildirib.

Aut.az