Nəhənglərin marağı “Barselona”nını hərəkətə keçirdi
“Barselona” hazırda “Çelsi” də daxil olmaqla bir neçə klubun maraq dairəsində olan hücumameylli yarımmüdafiəçi Fermin Lopesin müqaviləsini uzatmağı planlaşdırır.
Aut.az xəbər verir ki, bu barədə “Transfer News Live” sosial media hesabında məlumat verib.
Klub 22 yaşlı ispaniyalıya maaşının artırılması və 2029-cu ildə başa çatacaq hazırkı müqaviləsinin iki illik uzadılması ilə yeni müqavilə təklif etmək niyyətindədir.
“Çelsi” yayda Lopesə ciddi maraq göstərsə də, onların 40 milyon avroluq təklifi “Barselona”da istehza ilə qarşılanmışdı.
Aut.az
