Qaydasız döyüş

Huşunu itirən döyüşçü danışdı: bunu anlamaq üçün… – VİDEO

Çəki ölçdürdükdən sonra huşunu itirən amerikalı qarışıq döyüşçü Kameron Smoterman hadisə haqda danışıb.

Aut.az xəbər verir ki, o, ciddi çəki azaltmadığını iddia edir.

Las Veqasda keçirilən UFC 324 turnirində Riki Tursiosla döyüşdən əvvəl çəki ölçməsindən sonra Smoterman huşunu itirib. Çəkisi 61,5 kq olan döyüşçü qəfildən üzü üstə yerə yıxılıb.

28 yaşlı Smoterman xəstəxanaya yerləşdirilib və testdən keçib, lakin döyüş ləğv edilib.

“Yaxşıyam. Özümü yaxşı hiss edirəm. Nə baş verdiyini tam olaraq bilmirəm. Çox insanın “Oh, bu, dəlicəsinə çəki azaltmaq idi” və bu kimi şeylər yazdığını görürəm. Amma əslində bu döyüş üçün çox arıqlamadım.

Dəqiq nə baş verdiyini bilmirəm və bunu anlamaq üçün gələn həftələrdə əlavə testlər aparacağam. Amma dəlicəsinə arıqladığımı deyən hər kəsə deyim ki, çox, çox az arıqlamışam.

Yaxşıyam və tezliklə geri dönməyi ümid edirəm. Rəqibimdən üzr istəyirəm”, – Smoterman deyib.

Aut.az