Qaydasız döyüş

Əfsanələr 10 il sonra yenidən üz-üzə gələcəklər

Altı çəki dərəcəsində dünya çempionu Menni Pakuyo 10 il sonra amerikalı Floyd Meywezerlə yenidən üz-üzə gələcək. 

Aut.az xəbər verir ki, bu barədə əfsanəvi filippinli döyüşçünün özü açıqlama verib. Manni “Rizin 45” turnirindən sonra bu barədə danışıb.

“Bu il Yaponiyada Floyd Meywezer ilə böyük döyüş olacaq. Düşündüm ki, bunu elan etməyimi istəməzsən. Amma mən buna çox şadam”- deyə Pakuyo bildirib.