Hakan “Milan”ı “İnter”ə buna görə dəyişibmiş
“İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu ” Milan”dan “neradzurri”nin düşərgəsinə niyə getdiyini açıqlayıb.
“Hamı pul üçün “Milan”dan getdiyimi düşünür, amma məni maraqlandıran yeganə şey bu deyil. Mənim üçün eşidilmək, özünü vacib hiss etmək önəmli idi və mən bu hissi burada yaşayıram”, – “pianetamilan.it” Çalhanoğludan sitat gətirib.
Bu mövsüm Çalhanoğlu “İnter”in heyətində bütün turnirlərdə 22 oyun keçirib, 8 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun “İnter”lə müqaviləsi 2027-ci ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə oyunçunun təxmini dəyəri 40 milyon avrodur.
Aut.az
