Qaydasız döyüş

Qardaşının ölümü ilə bağlı müraciət etdi

UFC əfsanəsi Con Cons 39 yaşında vəfat edən qardaşı, keçmiş NFL oyunçusu Artur Consun ölümü haqda ilk dəfə açıqlama verib.

Aut.az xəbər verir ki, Cons bu barədə sosial mediada yazıb:

“Bu çətin dövrdə ailəmizə hörmət olaraq, mərasimdə iştirakın yaxın dostlar, ailə və Arturla mənalı əlaqəsi olanlarla məhdudlaşmasını xahiş edirik”.

Con və keçmiş NFL oyunçusu Çandler Consun böyük qardaşı Artur Cons Nyu-Yorkun Sirakuza bölgəsindəki evində dünyasını dəyişib. KİV-in məlumatına görə, onun ürəyində problem var idi və kardiostimulyatoru avtomatik olaraq həkimə xəbərdarlıq edib. Lakin tibb işçiləri gələnə qədər o, artıq ölübmüş.

Aut.az